Yuxarı

Özbəkistan səfiri: "Son illərdə Azərbaycanla əməkdaşlığın inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşuq"

Özbəkistan səfiri: "Son illərdə Azərbaycanla əməkdaşlığın inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşuq"
Ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin aydın müəyyənləşmiş prioritetləri və istiqamətləri var

Bakı. 5 sentyabr. REPORT.AZ/ "Özbəkistanın xarici siyasətində yaxın və uzaq xarici ölkələrlə dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı vacib istiqamət olaraq qalacaq. Bu baxımdan Özbəkistanın xarici siyasətinin əsas tərəflərindən biri dost və qardaş Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsidir".

"Report" xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev bu ölkənin müstəqillik gününün 26 illiyinə həsr olunmuş tədbirdə deyib.

"Son illərdə Azərbaycanla əməkdaşlığın inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşuq. Ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlmiş münasibətlərin aydın müəyyənləşmiş prioritetləri və istiqamətləri var. Şübhəsiz, yaxın və etibarlı əlaqələrin qurulması dərin tarixi köklərdən, milli ənənələrin, dil və mədəniyyətin ümumiliyindən irəli gəlir", - səfir bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına xoşbəxtlik, cansağlığı və firavanlıq arzulayıb: "Mövcud dostluq əlaqələri ölkələrimizin maraqları, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiyada sülh, təhlükəsizlik və sabitlik naminə gələcəkdə də inkişaf edəcəyinə əminəm".

Çıxışı zamanı səfir həmçinin ölkəsinin uğurlarından danışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi