Yuxarı

Ötən il Rusiya vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb

Ötən il Rusiya vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb
Nazirlikdən bildirilib ki, 2017-ci ildə ümumilikdə 257 min 822 nəfərə Rusiya vətəndaşlığı verilib

Bakı. 1 fevral. REPORT.AZ/ Ötən il 25 min 144 nəfər Ermənistan vətəndaşı Rusiya vətəndaşlığı alıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyindən bildiriblər. 

Məlumata görə, 2016-cı ildə isə 22 min 264 erməniyə Rusiya vətəndaşlığı verilib.

Nazirlikdən bildirilib ki, 2017-ci ildə ümumilikdə 257 min 822 nəfər Rusiya vətəndaşlığı alıb. Məlumata görə, ötən il 10394 nəfər Azərbaycan vətəndaşı, 2535 Gürcüstan sakini Rusiya vətəndaşlığını qəbul edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi