​Ötən il Azərbaycan 67 məhkumu öz ölkəsinə təhvil verib

​Ötən il Azərbaycan 67 məhkumu öz ölkəsinə təhvil verib Ekstradisiya ilə bağlı 17 500-dək sorğunun icrası üzrə tədbirlər görülüb
Xarici siyasət
4 Mart , 2016 10:22
​Ötən il Azərbaycan 67 məhkumu öz ölkəsinə təhvil verib

Bakı. 4 mart. REPORT.AZ/ Keçən il xarici ölkələrin məhkəmə qərarlarının tanınması və icra olunması, cinayət işləri və digər məsələlər üzrə hüquqi yardım, ekstradisiya ilə bağlı 17 500-dək sorğunun icrası üzrə tədbirlər görülüb.

"Report"un xəbərinə görə, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Cəzalarının qalan hissəsini öz ölkəsində çəkmək üçün 67 məhkumun təhvil verilməsi və alınması həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi