Bakı. 17 sentyabr. REPORT.AZ/ Strasburqda Milli Məclisin sədri Oqtay Əsədovun AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin toplantısında iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman və Çex Respublikası parlamentinin sədri Yan Hamaçek ilə görüşləri olub.
Bu barədə "Report"a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Görüşlərdə ölkələr arasında münasibətlərin, xüsusilə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb.
Tərəflər konfransda müzakirə olunan məsələlər haqqında fikirlərini bölüşüblər.