Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan
"Report"un məlumatına görə, o, Çexiya parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek ilə görüşüb. Görüşdə qarşılıqlı əlaqələrin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Y.Hamaçek cari ilin iyun ayında Bakıda keçirilmiş birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini qeyd edərək, ikitərəfli əlaqələrin inkişafını yüksək qiymətləndirib.
Azərbaycan-Çexiya əlaqələrindən məmnun olduğunu bildirən Oqtay Əsədov Çexiyanın Xocalı faciəsinə ilk siyasi qiymət verən Avropa dövlətlərindən biri olduğunu vurğulayıb.
Tərəflər iki ölkə arasında iqtisadi, mədəni və təhsil sahələrində birgə proqram və layihələrin hazırlanmasının vacibliyini qeyd ediblər.
Xatırladaq ki, parlament sədrlərinin 4-cü ümumdünya konfransı Beynəlxalq Parlamentlər Birliyi tərəfindən təşkil edilir və hər beş ildən bir keçirilir. Builki konfransda 140 ölkəni təmsil edən 138 parlament spikeri və 39 spiker müavini iştirak edir. Konfrans sentyabrın 2-dək davam edəcək.
BMT-nin mənzil qərargahında keçirilən tədbirdə parlament sədrlərinin keçmiş konfranslarının əsas tövsiyələrinin tətbiqi və beynəlxalq əməkdaşlıqda parlament meyarının artması, qanunverici orqanların işində gender bərabərliyinin təşviqi, yeni davamlı inkişaf hədəflərinin formalaşdırılmasında və tətbiqində parlamentin rolu və başqa mövzularda fikir mübadiləsi aparılır.
Mili Məclisin sədri Oqtay Əsədov tacikistanlı həmkarı Şükürcan Zuhurovla da görüşüb. Görürşdə tətərflər ikitərfli əməkdaşlığın genişlənməsi üçün potensialın olduğunu bildiriblər. O.Əsədov Ş.Zuhurovu onun üçün uyğun vaxtda Azərbaycana gəlməyə dəvət edib.