Oqtay Əsədov Avropa Oyunları əleyhinə aparılan təbliğat kampaniyasına münasibət bildirib

Oqtay Əsədov Avropa Oyunları əleyhinə aparılan təbliğat kampaniyasına münasibət bildirib "Onlar ermənilərdən də pisdirlər"
Xarici siyasət
14 Aprel , 2015 12:40
Oqtay Əsədov Avropa Oyunları əleyhinə aparılan təbliğat kampaniyasına münasibət bildirib

Bakı. 14 aprel. REPORT.AZ/ “I Avropa Oyunlarının yaxınlaşması ilə əlaqədar həm daxili, həm də xarici təşkilatlar bu və ya digər şəkildə, eləcə də qeyri-hökumət təşkilatlarının vasitəsilə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Son günlər belə bir xəbər də var ki, guya ölkədə korrupsiya halı baş alıb gedir. Lakin qeyd edim ki, Azərbaycanda hər zaman korrupsiyaya qarşı mübarizə aparılıb”. “Report” xəbər verir ki, bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Azərbaycan az-az ölkələrdəndir ki, ölkədə Korrupsiyaya Qarşı Mübarizə Komissiyası fəaliyyət göstərir və burada müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edirlər. Etiraf edək ki, dünyanın hər yerində bu bəla var. Təəssüf ki, bəzi qurumlar Azərbaycanda beynəlxalq tədbirlərin yaxınlaşması ilə əlaqədar ölkənin adını hallandırmağa daha çox üstünlük verirlər.

Azərbaycan xalqının, dövlətçiliyin əleyhinə işləyən elə siyasi partiyalar və qeyri-hökumət təşkilatları var ki, onlar xarici qüvvələrin sifarişi əsasında Azərbaycanda aksiyalara çağırma, ayrı-ayrı müraciətlər qəbul etmə, hətta partiya səviyyəsində bəyanatlar verirlər ki, Azərbaycandakı Oyunlarda iştirak etməsinlər. Bütün bunlar onun göstəricisidir ki, onlar eyni mənbədən - erməni lobbisinin maliyyəsi hesabına bu addımları atırlar. Milli Məclisdə bu məsələni ciddi münasibətimizi bildirməliyik. Bu cür antimilli insanların fəaliyyətinə qiymət verməliyik”, - deputat bildirib.

Spiker Oqtay Əsədov deputatın toxunduğu məsələyə münasibət bildirib: “Onlar özləri-özlərinə qiymət veriblər. Ermənistan I Avropa Oyunlarında iştirak edəcək. Buna rəğmən həmin insanlar Avropa Oyunlarına qarşı çıxırlar. Onlar Azərbaycana qarşı ermənilərdən də pisdirlər. Bundan sonra onların nəyinə pis deyəsən? Ona görə də belə məsələlərin müzakirəsinə ehtiyac yoxdur”.

Son xəbərlər

Orphus sistemi