Abdullah Gül: "Ölkələrimizin güclü əməkdaşlıq və həmrəylik ruhu sayəsində hər ötən gün daha da gücləndiyini müşahidə edirəm"

Abdullah Gül: "Ölkələrimizin güclü əməkdaşlıq və həmrəylik ruhu sayəsində hər ötən gün daha da gücləndiyini müşahidə edirəm" Türkiyənin 11-ci prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Xarici siyasət
28 Dekabr , 2015 15:20
Abdullah Gül: Ölkələrimizin güclü əməkdaşlıq və həmrəylik ruhu sayəsində hər ötən gün daha da gücləndiyini müşahidə edirəm

Bakı. 28 dekabr. REPORT.AZ/ Türkiyənin 11-ci prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevi dğum günü münasibəti ilə təbrik edib. "Report" xəbər verir ki, təbrik mətnində deyilir:

"Cənab Prezident, əziz qardaşım,

Regionun və dünyanın yaşamaqda olduğu siyasi, iqtisadi və insani böhrana baxmayaraq, dost və qardaş Azərbaycanın Zati-alinizin müdrik liderliyi sayəsində sabitliyini və rifahını davam etdirəcəyinə bütün varlığımla inanıram.

Gücünü xalqlar arasındakı qədim qardaşlıq tellərindən alan münasibətlərimizin ölkələrimizin güclü əməkdaşlıq və həmrəylik ruhu sayəsində hər ötən gün daha da gücləndiyini məmnunluq hissi ilə müşahidə edirəm.

Gələcək nəsillərin ümumi mənafeyinə xidmət edəcəyinə səmimiyyətlə inandığım əlaqələrimizin qüvvətlənməyə davam etməsi ən böyük arzumdur. Dövlət və siyasət həyatımın hər dövründə olduğu kimi, gələcəkdə də bu istiqamətdəki təşəbbüslərimi davam etdirəcəyimi bir daha təsdiq etmək istəyirəm.

Fürsətdən istifadə edərək, Zati-aliləri əziz qardaşıma yeni yaşında cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının əmin-amanlıq və rifahının davam etməsi üçün ən gözəl diləklərimi ifadə edirəm".

Son xəbərlər

Orphus sistemi