Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri başa çatıb

Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri başa çatıb Onu Azərbaycanın rəsmi şəxsləri yola salıblar
Xarici siyasət
3 Aprel , 2017 15:18
Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri başa çatıb
Azertag.az

Bakı. 3 aprel. REPORT.AZ/ Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 3-də başa çatıb.

"Report"xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

Son xəbərlər

Orphus sistemi