Bakı. 30 iyun. REPORT.AZ/ Norveçin Azərbaycandakı səfirliyində bu ölkədə bu il sentyabrın 11-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar seçki məntəqəsi açılacaq.
"Report" xəbər verir ki, səsvermədə müvəqqəti və ya daimi əsasda Azərbaycanda yaşayan Norveç vətəndaşları iştirak edə bilər.
Seçki məntəqəsi iyulun 1-dən sentyabrın 1-dək saat 09:00-dan 16:00-dək açıq olacaq.