Bakı. 16 oktyabr. REPORT.AZ/ Norveç Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Olav-Nils Thue Sumqayıtda olub.
“Report” xəbər verir ki, diplomat Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb, sənayə müəssisələrinə baş çəkib, şəhərdə görülən quruculuq və inkişaf işləri ilə yaxından tanış olub.