Emma Nikolson: "Azərbaycan ilə Böyük Britaniya bir-birinə çox şey öyrədə bilər"

Emma Nikolson: "Azərbaycan ilə Böyük Britaniya bir-birinə çox şey öyrədə bilər" Azərbaycanla Böyük Britaniya bir-birinə iqlim, yaşıl inqilab kimi bir çox məsələlərdə çox şey öyrədə bilərlər.
Xarici siyasət
27 Fevral , 2020 19:44
Emma Nikolson: Azərbaycan ilə Böyük Britaniya bir-birinə çox şey öyrədə bilər

Azərbaycanla Böyük Britaniya bir-birinə iqlim, yaşıl inqilab kimi bir çox məsələlərdə çox şey öyrədə bilərlər.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson bildirib.

Diplomatın sözlərinə görə, iki ölkə arasındakı münasibətlər ticarət, təhsil və başqa sahələri əhatə edir:

“İkitərəfli münasibətlərimiz çoxşaxəlidir. Hər bir sahədə ikitərəfli əlaqələrin əlamətlərini sezirik. Azərbaycan ilə Böyük Britaniya iqlim dəyişikliyi ilə bağlı məsələlər, yaşıl inqilab, bütövlükdə münasibətlərimizin bütün sahələri üzrə bir-birinə çox şey öyrədə bilərlər”.

Qeyd edək ki, Azərbaycana rəsmi səfəri çərçivəsində E.Nikolson Bakıda “Birgə və Sağlam” ictimai birliyinə məxsus Autizm Sindromlu Uşaqların Bərpa Mərkəzinə də baş çəkərək burada görülən işlər, könüllülərin fəaliyyəti, həmçinin uşaqların yaradıcılıq çalışmaları ilə tanış olub.

“Mərkəz direktoru Aytən Zeynalova tərəfindən autizm sindromlu uşaqlara kömək etmək üçün gördüyü işlər ağlasığmazdır. Autizmdən əziyyət çəkən uşaqlara hamımız acıyırıq, lakin belə uşaqlarla işləyənlər cüzi saydadır. Çox nadir hallarda insan bu işə özünü həsr edir, səkkiz il sərasər hər gün bu uşaqlarla çalışaraq işi dərindən başa düşür”, - deyən baronessa Avropada, ABŞ-da, başqa yerlərdə uşaqlara qayğı göstərən yüzlərlə mərkəzdə olduğunu, lakin Bakıda gördüyü yüksək səviyyəli, imkanlara malik olanlara az-az rast gəlindiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi