Nəriman Nərimanovun Gürcüstandakı abidəsinin götürüləcəyi barədə məlumata aydınlıq gətirilib

Nəriman Nərimanovun Gürcüstandakı abidəsinin götürüləcəyi barədə məlumata aydınlıq gətirilib Tbilisi. 9 fevral. REPORT.AZ/ “Marneulidə Nəriman Nərimanovun abidəsinin götürüləcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Xarici siyasət
9 Fevral , 2019 15:59
Nəriman Nərimanovun Gürcüstandakı abidəsinin götürüləcəyi barədə məlumata aydınlıq gətirilib

Tbilisi. 9 fevral. REPORT.AZ/ “Marneulidə Nəriman Nərimanovun abidəsinin götürüləcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Marneuli rayon bələdiyyəsinin sədri Amiran Giorqadze bildirib.

O, Bələdiyyə Məclisinin iclasında çıxış edən zaman deyib ki, abidənin köçürülməsi haqqında nə Bələdiyyə Məclisində, nə də meriyada söhbət olub: “Deputatları çağırıram ki, əgər sizin icmalarınızda bu barədə söhbət olarsa, əhaliyə düzgün məlumat verin və çox xahiş edirəm, bu məsələyə diqqətlə yanaşın”.

Qeyd edək ki, son günlər Marneulidə Azərbaycanın görkəmli dövlət xadimi və ədibi Nəriman Nərimanovun büstünün olduğu parka Merab Kostavanın adının verilməsi və abidənin yerinin dəyişdiriləcəyi haqqında məlumatlar yayılıb. Yanvarın 28-də azərbaycanlı gənclər və ziyalılar büstün önündə N.Nərimanovun adının yaşadılması tələbi ilə aksiya keçirib. Aksiya iştirakçıları Marneuli rayon bələdiyyəsinin sədri A.Giorqadzeyə müraciət qəbul ediblər. Onlar N.Nərimanovun büstünün götürülməsinə qəti etirazlarını ifadə edərək, abidənin götürülməsinə heç vaxt yol verməyəcəklərini bildiriblər. 

Son xəbərlər

Orphus sistemi