Necdət Ünüvar 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Necdət Ünüvar 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb "Baş verənləri görməzlikdən gəlsələr belə, bu qanlı günləri tarix unutmayacaq"
Xarici siyasət
30 Mart , 2015 15:04
Necdət Ünüvar 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Bakı. 30 mart. REPORT.AZ/ "Azərbaycan xalqı tarixində dəfələrlə soyqırıma məruz qalmasına və bunları göstərən minlərlə sənəd və fotoşəkillər olmasına baxmayaraq, bir çox ölkə bu soyqırımlara səssiz qalıb". "Report" xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Adana millət vəkili Necdət Ünüvar 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı yaydığı açıqlamada deyilir.

Bəyanatda qeyd olunur ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart günü "Azərbaycanlıların Soyqırımı Günü" olaraq elan edilib: "31 mart gününü hər azərbaycanlı və bütün türk dünyası unutmamalıdır. Bu tarix 1918-ci ildə ermənilərin Azərbaycanda minlərlə qardaşımızın amansızlıqla qətl edildiyi illəri ifadə edən bir gündür.

Hər il aprelin 24-də qondarma soyqırımı iddiası ilə bütün dünyada tərəfdar toplamağa çalışanlar öz tarixlərindəki azərbaycanlı qardaşlarımıza qarşı törətdikləri sistematik qırğınları gizləməyə çalışırlar. Lakin baş verənləri görməzlikdən gəlsələr belə, bu qanlı günləri tarix unutmayacaq. Soyqırımı qurbanlarının anım günündə soyqırımı səbəbindən şəhid olan azərbaycanlı qardaşlarımı hörmətlə yad edir, Allahdan rəhmət diləyirəm".

Son xəbərlər

Orphus sistemi