Yuxarı

Nazir müavini: "Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək"

​Nazir müavini: "Ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək"

"Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə işlərin 2/3-si başa çatıb".

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

"Əvvəlki görüşlərdə irəliləyiş əldə edə bilməmişik. Bildiyiniz kimi, fikir ayrılıqları var. Ancaq artıq işin 2/3 hissəsini başa çatdırmışıq. Bu məqsədlə mütəxəssislərimizin ilin sonuna qədər Tbilisidə görüşməsi barədə razılaşmışıq. Komissiyanın növbəti iclası isə gələn ilin birinci rübündə keçirilməlidir", - o deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi