Nazir müavini: "Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlar yaxın zamanlarda başlayacaq"

Nazir müavini: "Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlar yaxın zamanlarda başlayacaq" Mahmud Məmmədquliyev: "Azərbaycanın danışıqlarda iştirak edəcək nümayəndə heyətinin formalaşdırılması prosesi davam edir"
Xarici siyasət
20 Yanvar , 2017 11:17
Nazir müavini: Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlar yaxın zamanlarda başlayacaq

Bakı. 20 yanvar. REPORT.AZ/ "Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanması üzrə danışıqlar yaxın zamanlarda başlayacaq".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O bildirib ki, Azərbaycanın danışıqlarda iştirak edəcək nümayəndə heyətinin formalaşdırılması prosesi davam edir.

Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar prosesinə toxunan nazir müavini qeyd edib ki, bu il ərzində Cenevrədə görüşün keçirilməsi nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi