Elmar Məmmədyarov Azərbaycan və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağac əkib

Elmar Məmmədyarov Azərbaycan və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağac əkib Xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində Jozef Polinski adına parkda Azərbaycan və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağacların əkilməsi mərasimində iştirak edib.
Xarici siyasət
17 Aprel , 2019 16:05
Elmar Məmmədyarov Azərbaycan və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağac əkib

Xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində Jozef Polinski adına parkda Azərbaycan və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağacların əkilməsi mərasimində iştirak edib.

XİN-dən "Report"a verilən məlumata görə, sözügedən parkda həmçinin Azərbaycan hökuməti tərəfindən “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” adlı abidə ucaldılıb. 

Bu abidə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər), Polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılıb. 

Son xəbərlər

Orphus sistemi