Nursultan ​Nazarbayev: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına BMT və İƏT-də müşahidəçi statusu almaq vacibdir"

Nursultan ​Nazarbayev: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına BMT və İƏT-də müşahidəçi statusu almaq vacibdir" Qazaxıstan prezidenti: "Türk Tarixi Mərkəzi də yaradılmalıdır"
Xarici siyasət
11 Sentyabr , 2015 15:40
Nursultan ​Nazarbayev: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına BMT və İƏT-də müşahidəçi statusu almaq vacibdir

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Fikrimcə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına İslam Əməkdaşlıq Təşkilatı və BMT-də müşahidəçi status almaq vacibdir. Bu məsələdə hamımız maraqlıyıq".

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Astanada keçirilən zirvə toplantısında bildirib.

O qeyd edib ki, geosiyasi dəyişikliklər Türk dünyasına təsir edir: "Fələstinlə İsrail arasındakı münaqişənin dinc yolla həllinə nail olunmasını istəyirik. Əfqanıstan da dinc yoll bərpa edilməlidir. Çünki biz separatçıların, terrorçuların və ekstremistlərin fəaliyyət göstərdiyi regiondayıq. Onların qarşısı alınmalıdır".

Qazaxıstan prezidenti vurğulayıb ki, bu sammit yubileydir. N.Nazarbayev IV sammitə ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edib: "Dördüncü zirvə toplantısında biz Türk dünyası konsepsiyasının hazırlanmasından danışımışdıq. Bu sənəd əsasında Türk Akademiyası yaradılmalı idi. Demək istəyirik ki, bu sənədin hazırlanmasını sürətləndirməliyik". 

N.Nazarbayev bildirib ki, Türk dünyasında ümumi informasiya məkanı yaradılmalıdır: "Türk televiziya kanalı bu istiqamətdə çox vacib addımdır. Hesab edirəm ki, Türk Tarixi Mərkəzi də yaradılmalıdır".

Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.

Son xəbərlər

Orphus sistemi