Naxçıvanda BMT Modeli Konfransı keçirilir - FOTO

Naxçıvanda BMT Modeli Konfransı keçirilir - FOTO Bu, BMT İnkişaf Proqramının Naxçıvan Muxtar Respublikasında təşkil etdiyi ilk tədbirdir
Xarici siyasət
13 May , 2016 04:57
Naxçıvanda BMT Modeli Konfransı keçirilir - FOTO

Bakı. 13 may. REPORT.AZ/ Naxçıvanda BMT Modeli Konfransı (Naxchivan MUN) işinə başlayıb.

BMT-nin Bakı ofisindən “Report“a verilən məlumata görə, konfrans mayın 15-ə qədər keçiriləcək.

Bu, BMT-nin İnkişaf Proqramının Naxçıvan Muxtar Respublikasında təşkil etdiyi ilk tədbirdir.

Konfrans çərçivəsində BMT Baş Assambleyasının işi simulasiya ediləcək. Simulyasıyanın mövzusu “Təhsildə yeni imkanların yaradılması üçün beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi” seçilib.

Konfransın açılış mərasimi Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarovun, Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayev, BMT rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov və “Naxçıvan” Universitetinin rektoru İsmayıl Əliyevin iştirakı ilə keçirilib.

Konfrans Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” adlı birgə layihəsi çərçivəsində həyata keçirilir.

Layihənin əsas məqsədləri ölkədə BMT Modeli hərəkatının institutlaşdırılması, ali təhsil müəssisələrində MUN klublarinin təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin yaradılmasıdır.

Son xəbərlər

Orphus sistemi