NATO nümayəndəsi: "Bizim Azərbaycanla münasibətlərimiz unikaldır"

NATO nümayəndəsi: "Bizim Azərbaycanla münasibətlərimiz unikaldır" "Azərbaycan və NATO arasında inkişaf edən möhkəm münasibətlər yaranıb"
Xarici siyasət
19 Mart , 2015 12:27
NATO nümayəndəsi: Bizim Azərbaycanla münasibətlərimiz unikaldır

Bakı. 19 mart. REPORT.AZ/ "Son illər ərzində Azərbaycan və NATO arasında möhkəm münasibətlər yaranıb və onlar inkişaf etməkdə davam edir". 

"Report" xəbər verir ki, bu barədə NATO Siyasi Məsələlər və Təhlükəsizlik Şöbəsinin nümayəndəsi Steffen Elqersm "NATO-Azərbaycan münasibətləri: 2014-cü ildə NATO Uels sammitindən sonra əməkdaşlıq perspektivləri" mövzusunda Bakıda keçirilən konfransda bildirib.  
O, həmçinin Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin iştirakının, ölkənin hərbi sahədəki islahatlarının vacibliyini qeyd edib: "Bizim əməkdaşlığımızın digər elementi Azərbaycanın bir sıra strukturlarının NATO standartlarına çatdırılmasıdır. Ümumilikdə isə ikitərəfli münasibətlərin məğzi dəyişməyib. Bizim Azərbaycanla münasibətlərimiz unikaldır, çünki burada bir neçə struktur fəaliyyət göstərir. Ən əsası odur ki, bu əməkdaşlıq səmərəli olsun".

Əməkdaşlığın yeni aspektlərin qismində S.Elqersm  kiber təhlükəsizlik və enerji layihələrin təhlükəsizliyin təmin olunması sahələrində əməkdaşlığı qeyd edib: "Azərbaycan özü əməkdaşlıq səviyyəsini müəyyən edir. Buna baxmayaraq, biz birlikdə 200-dən artıq tədbir keçiririk  və ölkənin minlərlə hərbçiləri təlim keçir".

Son xəbərlər

Orphus sistemi