NATO missiyası IPAP proqramının növbəti mərhələsində tərəfdaşlıq məqsədlərinin müzakirəsi üçün Azərbaycana gələcək

NATO missiyası IPAP proqramının növbəti mərhələsində tərəfdaşlıq məqsədlərinin müzakirəsi üçün Azərbaycana gələcək Xüsusi nümayəndə: "Azərbaycan və NATO IPAP proqramı çərçivəsində sıx əməkdaşlıq etməkdə davam edir"
Xarici siyasət
16 Fevral , 2016 14:56
NATO missiyası IPAP proqramının növbəti mərhələsində tərəfdaşlıq məqsədlərinin müzakirəsi üçün Azərbaycana gələcək

Bakı. 16 fevral. REPORT.AZ/ "Azərbaycan və NATO IPAP (NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı - Report) proqramı çərçivəsində sıx əməkdaşlıq etməkdə davam edir".

"Report" xəbər verir ki, bu sözləri Bakıda rəsmi səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

C.Appaturay bildirib ki, hazırda IPAP proqramı üzrə növbəti iki illik müddət başa çatır. Buna görə də NATO missiyası yaxın gələcəkdə növbəti iki illik mərhələnin tərəfdaşlıq məqsədlərini müzakirə etmək üçün yenidən Bakıya gələcək.

O, bu proqram çərçivəsində Azərbaycanın NATO ilə əməkdaşlığını yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi