Natiq Əliyevin ölümü ilə əlaqədar təxirə salınan Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası ilin sonuna qədər keçiriləcək

Natiq Əliyevin ölümü ilə əlaqədar təxirə salınan Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası ilin sonuna qədər keçiriləcək Səfir: "Hazırda tərəflər komissiyanın iclasının tarixini razılaşdırır"
Xarici siyasət
30 İyun , 2017 11:30
Natiq Əliyevin ölümü ilə əlaqədar təxirə salınan Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası ilin sonuna qədər keçiriləcək

Bakı. 30 iyun. REPORT.AZ/ İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası bu ilin sonuna qədər keçiriləcək.

Bu barədə "Report"a Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev məlumat verib.

O, iclasın iyun ayında keçirilməli olduğunu, amma hökumətlərarası komissiyanın həmsədri olan Azərbaycanın energetika naziri Natiq Əliyevin ölümü səbəbiylə təxirə salındığını xatırladıb.

Diplomatın sözlərinə görə, hazırda tərəflər komissiyanın iclasının tarixini razılaşdırır.

Xatırladaq ki, Azərbaycanın energetika naziri Natiq Əliyev iyunun 8-də 70 yaşında İstanbulda "Florence Nightingale" klinikasında vəfat edib. O, Bakıda II Fəxri Xiyabanda dəfn olunub.

Son xəbərlər

Orphus sistemi