Mübariz Qurbanlı Rusiyada bəzi ermənilərin qəhrəmanlaşdırılması faktlarına münasibət bildirib

Mübariz Qurbanlı Rusiyada bəzi ermənilərin qəhrəmanlaşdırılması faktlarına münasibət bildirib "Faşizmlə əməkdaşlıq edən ermənilərin qəhrəmanlaşdırılmasına çalışılır"
Xarici siyasət
30 Mart , 2015 13:17
Mübariz Qurbanlı Rusiyada bəzi ermənilərin qəhrəmanlaşdırılması faktlarına münasibət bildirib

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycanın Dövlət Komitəsinin sədri Rusiyada bəzi ermənilərin qəhrəmanlaşdırılması faktlarına münasibət bildirib.

“Report”un xəbərinə görə, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qafqaz Müsəlmanları İdarəsində 31 mart soyqırımı ilə bağlı keçirilən tədbirdə bu il faşizmə qarşı qələbənin 70 illiyinin qeyd olunmasını xatırladaraq bildirib ki, Rusiyada bu qələbənin əldə olunmasına, qanı tökülənlərə qarşı vuruşan, faşizmlə əməkdaşlıq edən, o vaxtkı alman komandirlərin rəhbərliyi altında çalışan bəzi ermənilərin qəhrəmanlaşdırılmasına çalışılır.

O qeyd edib ki, bu anormal haldır: “Çox təəssüflər olsun ki, Rusiyada bu şəxslərin anılması üçün tədbirlər keçirilməyə hazırlaşırlar. Amma Rusiyanın tanınmış ziyalıları, tarixçiləri ölkə prezidenti Vladimir Putinə məktubla müraciət ediblər ki, bu il keçirilən qələbənin 70 illiyi ərəfəsində həmin ermənilərin anım tədbirlərinin keçirilməsi pis haldır”.

Son xəbərlər

Orphus sistemi