Müvəqqəti işlər vəkili: "ABŞ-ın yeni səfiri ən yaxın zamanda Azərbaycana gələcək"

Müvəqqəti işlər vəkili: "ABŞ-ın yeni səfiri ən yaxın zamanda Azərbaycana gələcək" "Yeni səfir ABŞ Azərbaycanla mövcud əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi işinə töhfə verəcəyini səbirsizliklə gözləyir"
Xarici siyasət
21 Yanvar , 2015 15:58
Müvəqqəti işlər vəkili: ABŞ-ın yeni səfiri ən yaxın zamanda Azərbaycana gələcək

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta ən yaxın zamanda Bakıya gələcək. “Report”un məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın müvəqqəti işlər vəkili Derek Hoqan bildirib.

O, səfirin Azərbaycana gələcəyi tarixin hələ məlum olmadığını bildirib.

“Mən ötən müddət ərzində səfir Robert Sekuta ilə bir sıra söhbətlər aparmışam. O, çox tez bir zamanda Azərbaycana gələcəyini, iki ölkə arasında mövcud əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi işinə töhfə verəcəyini səbirsizliklə gözlədiyini deyib”, - müvəqqəti işlər vəkili deyib.

Son xəbərlər

Orphus sistemi