İlham Əliyev Finlandiya prezidenti ilə görüşüb

İlham Əliyev Finlandiya prezidenti ilə görüşüb Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb
Xarici siyasət
7 Fevral , 2015 14:31
İlham Əliyev Finlandiya prezidenti ilə görüşüb

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Münhendə Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö ilə görüşüb.

"Report"un məlumatına görə, görüşdə Azərbaycan ilə Finlandiya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Ölkələrimizin bu əlaqələri daha da genişləndirməkdə maraqlı olduğu bildirilib. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulandı. Finlandiya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyəti qeyd edilib, birgə müəssisələrin yaradılmasının önəmi diqqətə çatdırılıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi