Yuxarı
    Bağlamaq

    Mübariz Qurbanlı San-Fransisko Şəhər Şurasının üzvü və Kaliforniya Ştat senatoru ilə görüşüb

    Dinlə

    Bakı. 21 may. REPORT.AZ/ Kaliforniyada səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi və Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyəti San-Fransisko Şəhər Şurasının üzvü Norman Yi, Kaliforniya Ştat senatoru Ceri Hill ilə görüşlər keçirib.

    Bu barədə "Report"a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. 

    Bildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti həmçinin San-Fransiskoda yerləşən Presidio kilsəsi, “Grace Cathedral” kilsəsi və Şerit İsrail sinaqoqunu ziyarət edərək, onların fəaliyyəti ilə tanış olub.

    Görüşlər zamanı Azərbaycanın tarixi tolerantlıq və zəngin multikulturalizm ənənələri haqqında geniş məlumat verilib. Görüşlərdə Azərbaycanda İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqları diqqətə çatdırılıb, həmçinin bu ənənələrin artıq ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəldildiyi vurğulanıb.

    Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev görüşlərdə iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi