​Mübariz Qurbanlı: "Dini sahədə əməkdaşlığın genişləndirilməsi yollarını araşdırmaq üçün İrana gəlmişəm"

​Mübariz Qurbanlı: "Dini sahədə əməkdaşlığın genişləndirilməsi yollarını araşdırmaq üçün İrana gəlmişəm" Mübariz Qurbanlı İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpurla görüşüb
Xarici siyasət
6 May , 2015 12:27
​Mübariz Qurbanlı: Dini sahədə əməkdaşlığın genişləndirilməsi yollarını araşdırmaq üçün İrana gəlmişəm

Bakı. 6 may. REPORT.AZ/ "Azərbaycanla İran arasında dini sahədə əməkdaşlığı inkişaf etdirməyin yollarını araşdırmaq məqsədi ilə Tehrana səfər etmişəm".

"Report" "İRNA"ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qrubanlı İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpurla Tehranda keçirdiyi görüşdə bildirib.

Məlumatda qeyd olunub ki, tərəflər vurğulayıblar ki, din sahəsində ikitərəfli əməkdaşlıq iki ölkə arasında əlaqələrin müsbət olduğundan xəbər verir.

İ.Rəhimpur Yaxın Şərqdəki durum və terrorçu qruplaşmaların Azərbaycan və İran sərhədləri yaxınlığında fəaliyyətlərindən danışıb. 

Son xəbərlər

Orphus sistemi