​Mübariz Qurbanlı: "Azərbaycan hər zaman Vyetnam ilə əməkdaşlığın inkişafına böyük önəm verir"

​Mübariz Qurbanlı: "Azərbaycan hər zaman Vyetnam ilə əməkdaşlığın inkişafına böyük önəm verir" YAP nümayəndə heyəti Vyetnam Parlamentinin sədr müavini Uong Chu Luu ilə görüşüb
Xarici siyasət
11 Dekabr , 2015 09:40
​Mübariz Qurbanlı: Azərbaycan hər zaman Vyetnam ilə əməkdaşlığın inkişafına böyük önəm verir

Bakı. 11 dekabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi YAP nümayəndə heyəti Vyetnam Parlamentinin sədr müavini Uong Chu Luu ilə görüşüb. DQİDK-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Uong Chu Luu “Günəşli” yatağındakı platformada qəza nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib və dost Azərbaycan xalqının acısını bölüşdüklərini ifadə edib.
O, iki ölkə arasında mövcud olan tarixi dostluq və əməkdaşlıq münasibətlərinin son illər daha da inkişaf etdiyini bildirib və parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini vurğulayıb. Uong Chu Luu YAP-ı parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

M.Qurbanlı Azərbaycanın hər zaman Vyetnam ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayıb. O, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün hər iki parlamentdə mövcud olan dostluq qruplarının üzvlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini bildirib. M.Qurbanlı, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətinə məlumat verib və Azərbaycanın haqlı mövqeyinin hər zaman Vyetnam tərəfindən dəstəklənəcəyinə inandığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi