Yuxarı

Azərbaycanın Rusiyadakı səfirliyində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb - FOTO

Moskvada ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
© Report

Mayın 6-da Azərbaycanın Rusiyadakı səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.

"Report"un Rusiya bürosu xəbər verir ki, tədbirdə Rusiya Federasiya Şurasının üzvləri, Dövlət Dumasının deputatları, Moskvada akkreditə olunmuş xarici ölkələrin diplomatları, hər iki ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan tanınmış şəxslər, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Qonaqlar ulu öndər Heydər Əliyevin barelyefinin önünə gül dəstələri düzüblər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ölkədə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasətindən danışıb.

Tədbirdə Rusiya və Azərbaycan filosoflarının müəllifləri olduğu "Mədəniyyətlər dialoqu və müasir dövrün çağrışları" adlı kitabın təqdimatı keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi