Moskvada 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTO

Moskvada 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTO Azərbaycanın Rusiyadakı səfirliyi 28 May - Respublika Günü və diplomatik orqanların yaradılmasının 100 illiyi münasibətilə Moskvada rəsmi qəbul təşkil edib.
Xarici siyasət
29 May , 2019 13:42
Moskvada 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTO
Report

Azərbaycanın Rusiyadakı səfirliyi 28 May - Respublika Günü və diplomatik orqanların yaradılmasının 100 illiyi münasibətilə Moskvada rəsmi qəbul təşkil edib.

"Report"un yerli bürosu xəbər verir ki, Rusiya dövlət və hökumət rəsmilərinin, diplomatların, bu ölkədə yaşayan soydaşlarımızın, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Rusiyanın dövlət himnləri səslənib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, yüz il bundan öncə iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Katibliyi haqqında təlimat qəbul olunub: "Bununla əlaqədar iyulun 9-nun Azərbaycanda hər il diplomatların peşə bayramı kimi qeyd olunması haqqında müvafiq sərəncam imzalanıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Xarici İşlər Nazirliyi dünyanın 70-dən çox ölkəsində uğurlu fəaliyyət göstərməkdədir".

Diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Azərbaycana qarşı hərbi təcavüz siyasəti yürüdən Ermənistan ərazilərimizin 20 faizini işğal altında saxlamağa davam edir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə, Minsk qrupu ölkələrinin liderlərinin bəyanatlarına baxmayaraq, Ermənistan işğal latındakı ərazilərdə status-kvonun qorunub saxlanılması üçün tədbirlər görməyə davam edir. Ermənistan dünya ictimaiyyəti tərəfindən hərbi təcavüzün nəticələrinin legitimliyinin heç vaxt tanınmayacağını anlamalıdır. Prezident İlham Əliyev, sadəcə, danışıqlar xətrinə deyil, bu problemi ölü nöqtədən tərpədə biləcək real danışıqlara hazır olduğumuzu bildirib. Azərbaycan Ermənistan istisna olmaqla dünyanın bütün ölkələri ilə dostluq və qarşılıqlı sərfəli münasibətlər qurub".

P.Bülbüloğlu həmçinin Azərbaycan-Rusiya münasibətlərinin bugünkü durumundan da danışıb: "Hər iki ölkə lideri arasında şəxsi əlaqələrin mövcudluğu Rusiya və Azərbaycanın hərtərəfli strateji əməkdaşlığı üçün əlverişli şərait yaradır.

Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin isə Rusiya və Azərbaycan münasibətlərinin əsasında bərabərhüquqluluq, mehriban qonşuluq, ümumu tarix və mədəniyyət prinsiplərinin dayandığını vurğulayıb: "Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər möhkəm əsas üzərində qurulub. Dövlət başçıları arasındakı münasibətlərin səviyyəsi olduqca yüksəkdir, onlar daim təmasdadırlar. 2018-ci ildə Rusiya və Azərbaycan prezidentləri altı dəfə görüşüblər. Bu gün ötənilki münasibətlərdəki müsbət dinamikanı qoruyub saxlamaq üçün bütün imkanlar var". Diplomat iki ölkə arasında iqtisadi əlaqələrin də yüksələn xət üzrə inkişaf etdiyini diqqətə çatdırıb. 

Tədbir konsert proqramı ilə davam edib.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi