Yuxarı

Moqerini: Aİ "Şərq tərəfdaşlığı"nın hər bir iştirakçı ölkəsinə hörmətlə yanaşır

​Moqerini: Aİ "Şərq tərəfdaşlığı" ölkələrinə hörmətlə yanaşır

Avropa İttifaqı (Aİ) "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələrindən hər birinə hörmətlə yanaşır və onlarla əməkdaşlıq edir.

"Report"un xüsusi müxbiri xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Brüsseldə keçirilən mətbuat konfransında deyib.

"Şərq tərəfdaşlığı"nın hər bir tərəfdaş iştirakçısına onun assosiasiya müqaviləsinin imzalanıb-imzalanmamasından asılı olmayaraq, tərəfimizdən hörmətlə yanaşılır. Qeyd olunduğu kimi, üç ölkə ilə assosiasiya haqqında müqavilə bağlanıb, digər üçü ilə isə yox. Biz əməkdaşlıq edirik, baxmayaraq ki, hər bir iştirakçı ölkənin yanaşma və niyyəti fərqli ola bilər" , - deyə Moqerini bildirib.

Aİ-nin ali nümayəndəsi xatırladıb ki, proqram 10 illiyini qeyd edir, ona görə Aİ və "Şərq tərəfdaşlığı" iştirakçı ölkələrinin xarici işlər nazirlərinin bu gün Brüsseldə baş tutan görüşü "bütün müsbət nailiyyətləri vurğulamağa" yönəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi