Yuxarı

Monteneqro Bakıda diplomatik nümayəndəlik açacaq

​Monteneqro Bakıda diplomatik nümayəndəlik açacaq
Diplomatik nümayəndəlik Monteneqronun Türkiyədəki səfirliyinə tabe olacaq

Bakı. 21 dekabr. REPORT.AZ/ Monteneqro Bakıda diplomatik nümayəndəlik açacaq.

"Report" xəbər verir ki, bu barədə qərar Monteneqro hökumətinin Baş naziri Duşko Markoviçin sədrliyi ilə keçirilən 103-cü sessiyasında verilib.

Qeyd olunur ki, bu nümayəndəlik Monteneqronun Türkiyədəki səfirliyinə tabe olacaq.

Xatırladaq ki, Bakıda həmçinin Monteneqronun fəxri konsulluğu da fəaliyyət göstərir və o, fəaliyyətini davam etdirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi