Monqolustan Prezidenti: “Əminəm ki, Azərbaycanla əməkdaşlıq beynəlxalq və regional səviyyələrdə genişlənəcək”

Monqolustan Prezidenti: “Əminəm ki, Azərbaycanla əməkdaşlıq beynəlxalq və regional səviyyələrdə genişlənəcək” Prezident Saxiaqiyn Elbeqdorj Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Xarici siyasət
28 Aprel , 2017 17:00
Monqolustan Prezidenti: “Əminəm ki, Azərbaycanla əməkdaşlıq beynəlxalq və regional səviyyələrdə genişlənəcək”
Report.az

Bakı. 28 aprel. REPORT.AZ/ Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, məktubda deyilir:

“Zati-aliləri cənab Prezident.

Monqolustan ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Əminəm ki, Monqolustan ilə Azərbaycan arasında dostluq əlaqələri və əməkdaşlıq nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq və regional səviyyələrdə genişlənəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, dost Azərbaycan xalqına rifah arzulayıram”.

Son xəbərlər

Orphus sistemi