Yuxarı

​Moldovanın Azərbaycandakı səfiri həm də Gürcüstana səfir təyin olunub

​Moldovanın Azərbaycandakı səfiri həm də Gürcüstana səfir təyin olunub
Diplomatik nümayəndəliyin iqamətgahı Bakıda yerləşəcək

Bakı. 20 may. REPORT.AZ/ Moldovanın Azərbaycandakı səfiri George Luka daha bir vəzifəyə təyinat alıb.

"Report" Moldova mətbuatına istinadən xəbər verir ki, Azərbaycana yeni təyin olunmuş diplomata, həm də ölkəsinin qonşu Gürcüstandakı səfiri vəzifəsi həvalə olunub.

Bu barədə qərar Moldova hökumətinin mayın 18-də keçirilən iclası zamanı baş nazir Pavel Filip tərəfindən qəbul olunub.

Qərara görə, diplomatik nümayəndəliyin iqamətgahı Bakıda yerləşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi