​Moldova ictimaiyyəti Bakıdakı yanğın nəticəsində ölənlərin xatirəsini yad edib

​Moldova ictimaiyyəti Bakıdakı yanğın nəticəsində ölənlərin xatirəsini yad edib Azərbaycanın Moldovadakı səfirliyi önündə şamlar yandırılıb, gül dəstələri qoyulub
Xarici siyasət
22 May , 2015 16:06
​Moldova ictimaiyyəti Bakıdakı yanğın nəticəsində ölənlərin xatirəsini yad edib

Bakı. 22 may. REPORT.AZ/ Moldova ictimaiyyətinin nümayəndələri Bakıdakı yanğın nəticəsində ölənlərin xatirəsini yad edib.

Azərbaycanın Kişinyovdakı səfirliyinin mətbuat xidmətindən "Report"a bildiriblər ki, mayın 21-də Azərbaycanın Moldovadakı diplomatik missiyasının yerləşdiyi binanın qarşısına bu ölkənin ictimaiyyət nümayəndələri toplaşıblar.

Faciə qurbanlarının xatirəsini yad edənlər arasında Moldovanın Azərbaycandakı keçmiş səfiri İon Robu və onun həyat yoldaşı, bu ölkənin keçmiş ombudsmanı, hazırda İctimai Palatanın rəhbəri Aureliya Qriqoriu, "DAAC Germes" şirkətinin nümayəndələri, Moldova İctimai Palatasının fəalları, ölkənin elm və mədəniyyət xadimləri də olublar.

Tədbir iştirakçıları səfirə və səfirliyin əməkdaşlarına başsağlığı veriblər, səfirliyin binası önündə şamlar yandırıb, gül dəstələri qoyublar.

Mətbuat xidmətindən verilən məlumata görə, Moldovanın rəsmi şəxsləri və sadə vətəndaşları səfirliyə Azərbaycan xalqına başsağlığı ilə bağlı zəng etməkdə davam edirlər. 

Son xəbərlər

Orphus sistemi