Möhsün Pakayin: "Ermənistan üçün viza rejiminin aradan qaldırılması gündəmdə deyil"

Möhsün Pakayin: "Ermənistan üçün viza rejiminin aradan qaldırılması gündəmdə deyil" "İran hər zaman Azərbaycanın yanında olub və bu məsələdə ölkənin mövqeyi dəyişməyib"
Xarici siyasət
2 İyun , 2016 17:55
Möhsün Pakayin: Ermənistan üçün viza rejiminin aradan qaldırılması gündəmdə deyil

Bakı. 2 iyun. REPORT.AZ/ "Ermənistan üçün viza rejiminin aradan qaldırılması gündəmdə deyil".

"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Ermənistan KİV-ində İranın viza rejimini ləğv edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Dağlıq Qarabağda baş verən son hadisələr haqqında danışan səfir bildirib ki, İran hər zaman Azərbaycanın yanında olub və bu məsələdə ölkənin mövqeyi dəyişməyib.

"Münaqişənin beynəlxalq standartlara uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına ümid edirik. İki ölkə arasında başlanan dialoqun xalqların xeyrinə bəhrə verəcəyinə ümidvarıq", - deyə, o vurğulayıb.

O, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ATƏT-in Minsk qrupunun həmsədrlərini BMT qətnamələrinin yerinə yetirlməsi üçün daha çox səy göstərməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi