Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi açıqlanıb - SİYAHI

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi açıqlanıb - SİYAHI Yeni tərkibə 3 yeni deputat daxil edilib
Xarici siyasət
18 Yanvar , 2016 12:49
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi açıqlanıb - SİYAHI

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.

Bu barədə "Report"a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, nümayəndə heyətinin üzvü Rövşən Rzayev məlumat verib. 

Onun sözlərinə görə, Azərbaycanın qurumdakı nümayəndə heyətinin tərkibində dəyişiklik olunub və tərkibə 3 yeni deputat daxil edilib.

Bunlar hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Vüsal Hüseynov, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, bitərəf deputat Müslüm Məmmədovdur. V.Hüseynov əsas heyətdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, YAP üzvü Əli Hüseynlini, E.Musayev əvəzedici heyətdə Vətəndaş Həmrəyliyi Partiyasından deputat Fəzail İbrahimlini, M.Məmmədov isə keçmiş deputat (bitərəf) Aydın Abbasovu əvəz edib. 

Yeni tərkibə daxil edilən hər üç deputat 2015-ci ilin noyabrında keçirilən parlament seçkisində ilk dəfə deputat seçiliblər. 

Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə Səməd Seyidov, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elxan Süleymanov, Rəfael Hüseynov, Rövşən Rzayev, Müslüm Məmmədov, Elşən Musayev, Vüsal Hüseynov daxildir. 

Milli Məclisin sədri Oqtay Əsədovun qərarı ilə S.Seyidov nümayəndə heyətinin rəhbəri təyin olunub.

Yeni tərkibin siyahısı AŞPA-ya göndərilib.

Son xəbərlər

Orphus sistemi