Milli Məclisin sədr müavini: “Kimsə ABŞ-Azərbaycan münasibətlərinin kəsiləcəyini gözləyirsə, yanlış düşünür”

Milli Məclisin sədr müavini: “Kimsə ABŞ-Azərbaycan münasibətlərinin kəsiləcəyini gözləyirsə, yanlış düşünür” “ABŞ-Azərbaycan münasibətlərinin normal olması təkcə Azərbaycan xalqının deyil, həm də amerikalıların marağındadır”
Xarici siyasət
24 Dekabr , 2015 14:35
Milli Məclisin sədr müavini: “Kimsə ABŞ-Azərbaycan münasibətlərinin kəsiləcəyini gözləyirsə, yanlış düşünür”

Bakı. 24 dekabr. REPORT.AZ/ “Kimsə ABŞ-Azərbaycan münasibətlərinin kəsiləcəyini gözləyirsə, yanlış düşünür. Və bu məsələ ilə bağlı açıqlamamızı gözləyirlərsə, yanlış yoldadırlar”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Bununla yanaşı, B.Muradova əlavə edib ki, müəyyən addımlara qarşı adekvat addımların atılması məntiqlidir: “Səninlə hansı dildə danışırlarsa, o dili anladığını bildirməlisən. ABŞ-Azərbaycan münasibətlərinin normal olması təkcə Azərbaycan xalqının deyil, həm də amerikalıların marağındadır. Azərbaycanın mövqeyi, regiondakı imkanları təkcə özümüzə xidmət etmir. Qarşı tərəf bunu anlamalıdır. Bu məsələlər müzakirə predmetidir, yəqin ki, müzakirə olunacaq”.

Qeyd edək ki, deputat Rövşən Rzayev “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” adlı qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edib.

Son xəbərlər

Orphus sistemi