Milli Məclisin deputatı V Bosfor Sammitində iştirak edəcək

Milli Məclisin deputatı V Bosfor Sammitində iştirak edəcək İstanbul şəhərində keçiriləcək toplantı “Gələcək üçün ssenarilər” mövzusuna həsr edilib
Xarici siyasət
9 Dekabr , 2014 10:44
Milli Məclisin deputatı V Bosfor Sammitində iştirak edəcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) deputatı Sevinc Hüseynova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşkilatçılığı ilə keçiriləcək V Bosfor Sammitində iştirak etmək üçün dekabrın 9-dan 12-dək Türkiyədə səfərdə olacaq.

Bu barədə “Report”a MM-in mətbuat xidmətindən məlumat verilib.

İstanbul şəhərində keçiriləcək toplantı “Gələcək üçün ssenarilər” mövzusuna həsr edilib. Deputat toplantıda müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.

Son xəbərlər

Orphus sistemi