Milli Məclisin deputatı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak edəcək

Milli Məclisin deputatı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak edəcək Qurumun Reqlamentinə təklif olunan düzəlişlərə baxılacaq
Xarici siyasət
31 Oktyabr , 2014 10:10
Milli Məclisin deputatı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak edəcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev noyabrın 2-dən 5-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən "Report"a verilən məlumta görə, deputat Asəf Hacıyev  QDİƏT PM-in Hüquqi və siyasi məsələlər üzrə Komitəsinin işçi qrupunun iclasına qatılacaq. İclasda QDİƏT-in Beynəlxalq katibliyinin Əsasnaməsinə və qurumun reqlamentinə təklif olunan düzəlişlərə baxılacaq, fikir mübadiləsi aparılacaq.

Asəf Hacıyev müzakirələrdə iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi