Milli Məclisin deputatı Cənubi Koreyaya gedir

Milli Məclisin deputatı Cənubi Koreyaya gedir Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Assambleyasının Səhiyyə və Rifah Komitəsinin dəvəti ilə iyunun 22-də Cənubi Koreyanın paytaxtı Seulda səfərdə olacaq.
Xarici siyasət
21 İyun , 2019 14:30
Milli Məclisin deputatı Cənubi Koreyaya gedir

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Assambleyasının Səhiyyə və Rifah Komitəsinin dəvəti ilə iyunun 22-də Cənubi Koreyanın paytaxtı Seulda səfərdə olacaq.

Parlamentin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər müddətində millət vəkili bir sıra görüşlər keçirəcək, səhiyyə və Rifah komitəsinin üzvləri ilə iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da artırılması məsələlərini müzakirə edəcək. Görüşdə tərəflər dostluq əlaqələrinin genişləndirilməsi və digər məsələləri də diqqət mərkəzində saxlayacaq.

Səfər iyunun 28-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi