Yuxarı

Milli Məclisin deputatı Avropa Parlamentinin tədbirlərində iştirak edəcək

Milli Məclisin deputatı Avropa Parlamentinin tədbirlərində iştirak edəcək

Milli Məclisin deputatı Sahibə Qafarova

Bakı. 3 mart. REPORT.AZ/ Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Parlamentinin tədbirlərində iştirak etmək üçün martın 4-dən 8-dək Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq. 

Parlamentin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, S.Qafarova qurumda bir sıra deputatlarla, o cümlədən Avropa Parlamentində yeni yaradılan “Azərbaycanın Dostları Klubu”nun rumıniyalı üzvləri ilə görüşlər keçirəcək.

Deputat həmçinin Rumıniya Respublikasının yaradılmasının 100 illiyi münasibətilə təşkil edilən tədbirlərə qatılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi