Milli Məclis və Avropa Parlamenti arasında münasibətlərin mövcud vəziyyəti müzakirə olunacaq

Milli Məclis və Avropa Parlamenti arasında münasibətlərin mövcud vəziyyəti müzakirə olunacaq Azərbaycana qarşı Avropa Parlamentində qərəzli sənədlərin bundan sonra qəbuluna yol verilməməsi ilə bağlı fikir mübadiləsi aparılacaq
Xarici siyasət
18 Noyabr , 2016 16:53
Milli Məclis və Avropa Parlamenti arasında münasibətlərin mövcud vəziyyəti müzakirə olunacaq

Bakı. 18 noyabr. REPORT.AZ/ Milli Məclisin deputatı, Avropa İttifaqi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Cavanşir Feyziyevin rəhbərliyi ilə deputatlar Ülviyyə Ağayeva və Asim Mollazadə qurum çərçivəsində keçiriləcək görüşlərdə iştirak etmək üçün noyabrın 20-də Fransanın Strasburq şəhərinə işgüzar səfərə yola düşəcəklər.

Bu barədə "Report" Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyət Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərimlə, komitə üzvləri ilə, həmçinin Avropa Parlamentinin bir sıra komitə və alt komitələrinin sədrləri və üzvləri ilə görüşlər keçirəcək. Milli Məclislə Avropa Parlamenti arasında münasibətlərin hazırkı durumu və inkişaf meylləri müzakirə olunacaq.

Görüşlərdə həmçinin ikitərəfli münasibətlərin inkişafına mane olan amillərin aradan qaldırılması, Azərbaycana qarşı Avropa Parlamentində müəyyən siyasi qrupların mənafelərinə xidmət edən qərəzli sənədlərin bundan sonra qəbuluna yol verilməməsi üçün atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılacaq.

Son xəbərlər

Orphus sistemi