Milli Məclis Avropa Parlamenti ilə yenidən əməkdaşlıq barədə qərar qəbul edib

Milli Məclis Avropa Parlamenti ilə yenidən əməkdaşlıq barədə qərar qəbul edib Qərar layihəsi səsə qoyularaq qəbul olunub
Xarici siyasət
30 Sentyabr , 2016 17:49
Milli Məclis Avropa Parlamenti ilə yenidən əməkdaşlıq barədə qərar qəbul edib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə yenidən əməkdaşlıq barədə qərar qəbul edib.

“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında müzakirə olunan qərarda qeyd edilir ki, Avropa Parlmaentinin 2015- ci ilin sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurub.

“Ölkəmizin Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında tərəfdaşlığı sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönələn bu qərəzli siyasi aksiyanın cavabında Milli Məclis 2015- ci il sentyabrın 14-də müvafiq qərar qəbul edib. Həmin qərara əsasən, Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasını və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest PA-nın tədbirlərinə qatılmaması qərara alınıb. Eyni zamanda həmin qərarla Avropa İttifaqı- Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində Milli Məclisin iştirakına son qoyulub” - qərarda vurğulanıb.

Qərarda bildirilib ki, bu ilin sentyabrın 19-21 arasında Avropa Parlamentinin 15 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda olub və əlaqələrin bərpa edilməsi məsələsini müzakirə edib: “Səfərin yekunlarına uyğun olaraq qarşılıqlı münasibətlərin qırılmasına gətirib çıxara biləcək hər hansı halların gələcəkdə baş verməməsi üçün zəruri tədbirlərin görüləcəyi əminliklə qeyd edilib. Milli Məclis bunları nəzərə alaraq Avropa Parlamenti ilə əlaqələri yenidən bərpa etmək üçün parlamentin 2015- ci ilin 14 sentyabr tarixli qərarı 10-cu və 11- ci maddələri qüvvədən düşüb”.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi