Mikaela Meredit: "ABŞ-ın Azərbaycana dəstəyi hər zaman tərəfdaşlıq üzərində qurulub və davam edir"

Mikaela Meredit: "ABŞ-ın Azərbaycana dəstəyi hər zaman tərəfdaşlıq üzərində qurulub və davam edir" Beynəlxalq İnkişaf Agentliyi: Azərbaycan bütün səviyyələrdə insan alverinə qarşı mübarizədə davamlılıq göstərir
Xarici siyasət
29 İyul , 2016 19:38
Mikaela Meredit: ABŞ-ın Azərbaycana dəstəyi hər zaman tərəfdaşlıq üzərində qurulub və davam edir

Bakı. 29 iyul. REPORT.AZ/ “ABŞ Azərbaycanla və digər olkələrlə birgə uzun illərdir insan alverinə qarşı mübarizə aparır”.

“Report”un məlumatına görə, bunu Naxçıvanda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyinin direktoru xanım Mikaela Meredit bildirib.

O deyib ki, bizim Azərbaycana dəstəyimiz hər zaman tərəfdaşlıq üzərində qurulub: "Bu gün ABŞ-ın dəstəyi Azərbaycan hökumətinin 2020 Gələcəyə Baxış İnkişafı Konsepsiyanda müəyyənləşdirdiyi prioritetlərə əsasən davam edir. Bu prioritetlərdən biri insan alverinə qarşı mübarizədir. 2015-ci ilin oktyabrından etibarən, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə insan alverinə qarşı mübarizə fəaliyyətini “İnsan Alverinə qarşı Mübarizə” layihəsilə həyata keçirir. Bu layihə çərçivəsində insan alveri qurbanlarının sığınacaqları və onların imkanlarının genişlənməsi üçün dəstək göstərilir."

Direktor vurğulaytıb ki, layihə eyni zamanda bu sığınacaqda olan qurbanlara hüquqi, social, psixoloji və reabilitasiya yardımını göstərir: "Mən, Dövlət Departamentinin Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən icra edilən “Azərbaycanda Potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi” layihəsini də vurğulamaq istərdim. Bu layihə səhiyyə işçilərinin insan alveri qurbanlarının müəyyənləşdirilməsi və onlara müvafiq yardımın göstərilməsi üçün texniki imkanlarının genişləndirilməsi məqsədini daşıyır. Bu layihə Əmək və Sosial Müdafiə Nazirliyinin İnsan Alveri qurbanlarına yardım mərkəzinin tərəfdaşlığı ilə birgə hayata keçirilir."

O, ABŞ-la işbirliyi və Beynəlxalq Miqrasiya Təşkilatının insan alverinə qarşı mübarizəsinə dair ölkədəki fəaliyyətinə dəstək verdiyi və bu cinayətin qarşısını almaq üçün digər səyləri göstərdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib: "Mən, 2014-cu ilin iyul ayında qəbul edilmiş İnsan Alveri ilə mübarizənin Milli Fəaliyyət Planına dair davamlı səylərinə görə Azərbaycan hökumətini təqdir edirəm. Bu sənəddə əks olunmuş yanaşma Azərbaycanının bütün səviyyələrdə insan alverinə qarşı mübarizənin davamlılığını göstərir."

Son xəbərlər

Orphus sistemi