Mərakeşin Azərbaycandakı yeni səfiri Bakıya gəlib

Mərakeşin Azərbaycandakı yeni səfiri Bakıya gəlib Məhəmməd Adil Ambarx etimadnaməsini Azərbaycan rəhbərliyinə təqdim edəndən sonra rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq
Xarici siyasət
14 Noyabr , 2016 16:36
Mərakeşin Azərbaycandakı yeni səfiri Bakıya gəlib

Bakı. 14 noyabr. REPORT.AZ/ Mərakeşin Azərbaycana yeni təyin olunan səfiri Məhəmməd Adil Ambarx Azərbaycana gəlib.

Mərakeşin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, yeni səfir etimadnaməsini Azərbaycan rəhbərliyinə təqdim edəndən sonra rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, M.A.Ambarx bu vəzifədə Həsən Hamini əvəz edib. H.Hami isə Mərakeşin İrandakı səfiri təyin edilib.  

Son xəbərlər

Orphus sistemi