Yuxarı

Meksikanın məşhur piano ifaçısı Gəncədə konsert verəcək

Meksikanın məşhur piano ifaçısı Gəncədə konsert verəcək

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Gəncə şəhərinə səfər edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, səfərin məqsədi ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsidir.

Səfirlə görüşən şəhər rəhbərliyi qonağa Gəncə şəhərinin sosial-iqtisadi və mədəni potensialı haqqında məlumat verib. Görüşdə hər iki tərəf üçün əməkdaşlığın mümkün imkanları müzakirə edilib.

R.Labardini Meksikanın Toluka-de-Lerdo şəhəri ilə Gəncə arasında “qardaş şəhər” münasibətlərinin qurula biləcəyini söyləyib.

Səfir bildirib ki, qardaşlıq üçün bu şəhərin seçilməsinin əsas səbəbi Gəncə ilə Toluka-de-Lerdonun bir-birinə bənzəməsidir. Belə ki, hər iki şəhər yüksək sənaye potensialına malikdir.

Görüşdə mədəni əlaqələrin genişləndirilməsi istiqamətində reallaşdırılması mümkün layihələr də müzakirə olunub. R.Labardini Meksikanın Azərbaycandakı səfirliyi tərəfindən Gəncədə sərgi və konsertlərin təşkilinin mümkünlüyündən danışıb.

Sonda Gəncədə Meksikanın məşhur piano ifaçısı Hesus Lepenin konsert proqramının, habelə meksikalı rəssam və fotoqrafların əl işlərinin nümayiş olunduğu sərginin keçirilməsi üçün razılığa gəlinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi