Meksikanın Azərbaycandakı səfiri Qubaya səfər edib

Meksikanın Azərbaycandakı səfiri Qubaya səfər edib Görüşdə Meksika şəhərlərindən birinin Quba rayonu ilə mümkün qardaşlaşması vurğulanıb
Xarici siyasət
19 İyun , 2017 19:05
Meksikanın Azərbaycandakı səfiri Qubaya səfər edib

Bakı. 19 iyun. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Qubaya səfər edib. 

Səfirlikdən "Report"a verilən məlumata görə, səfər Azərbaycanın və Meksikanın müxtəlif regionları arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə həyata keçirilib. 

R.Labardini səfər çərçivəsində Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədovla görüşüb və qonağa rayon, onun tarixi, iqtisadiyyatının əsas istiqamət və göstəriciləri haqqında məlumat verilib. Səfir öz növbəsində diplomatik nümayəndəliyin fəaliyyəti və müxtəlif sahələrdə keçirdiyi tədbirlər barədə danışıb. Diplomat həmçinin Meksika iqtisadiyyatı haqqında vacib məlumatlar, ölkəsinin avtomobil, elektronika, kosmik, kənd təsərrüfatı və s. sənayelərində uğurlarından söz açıb. Eyni zamanda, Meksika şəhərlərindən birinin Quba rayonu ilə mümkün qardaşlaşması vurğulanıb, qarşılıqlı tanıtım üçün hər iki ölkənin regionları arasında münasibətlərin möhkəmləndirilməsinin vacibliyi qeyd olunub. 

R.Labardini həmçinin Quba Soyqırımı Memorial Kompleksi, Xalça Muzeyi və yahudi icmasının yaşadığı Qırmızı Qəsəbəni də ziyarət edib.

Son xəbərlər

Orphus sistemi