Meksikanın Azərbaycandakı səfiri Bərdə rayonunun Viktoria de Duranqo şəhəri ilə qardaşlaşmasını təklif edib

Meksikanın Azərbaycandakı səfiri Bərdə rayonunun Viktoria de Duranqo şəhəri ilə qardaşlaşmasını təklif edib Bakı. 15 noyabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Bərdə rayonuna səfər edib.
Xarici siyasət
15 Noyabr , 2018 23:08
Meksikanın Azərbaycandakı səfiri Bərdə rayonunun Viktoria de Duranqo şəhəri ilə qardaşlaşmasını təklif edib

Bakı. 15 noyabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Bərdə rayonuna səfər edib.

Bu barədə "Report"a Meksikanın Azərbaycandakı Səfirliyindən bildirilib.

Qeyd edilir ki, əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Rodriqo Labardini Bərdə rayonu icra hakimiyyətinin başçısı İsa İsayevlə görüşüb.

İ.İsayev rayonun ölkədə kənd təsərrüfatı məhsullarına görə tanındığını vurğulayıb. O, həmçinin tarix, yerli əhalinin məşğuliyyəti və Bərdə rayon İcra Hakimiyyətinin fəaliyyəti haqqında da məlumat verib.

Səfir Labardini Meksika və Azərbaycan arasında adət-ənənələrdə və mədəniyyətdə olan oxşarlıqlara, ikitərəfli əlaqələrin inkişafına töhfə verən elementlərə istinad edib. Bildirib ki, səfirlik hər iki xalqın yaxınlaşmasına müsbət təsir göstərən müxtəlif rəsmi və mədəni tədbirlər keçirməkdədir.

Səfir qeyd edib ki, Bərdəni Meksika ilə birbaşa əlaqələndirmək üçün ən efektiv yollardan birinin qardaşlaşma sazişinin olmasıdır. O, Meksikanın Viktoria de Duranqo şəhərinin Bərdə ilə qardaşlaşmasını təklif edib. Layihə bilgi və təcrübə mübadiləsi baxımından iki region arasında mükəmməl əməkdaşlıq ola bilər.

İ.İsayev təklifə görə təşəkkürünü bildirib və sənədin imzalanması üçün müvafiq prosedurların özü tərəfindən yerinə yetiriləcəyini vurğulayıb.

Görüşdən sonra diplomat Meksika iş adamları üçün əməkdaşlıq imkanlarını yarada biləcək pambıq və ət məhsulları fabrikini ziyarət edib.

Son xəbərlər

Orphus sistemi