Meksika səfiri Naftalan şəhərində səfərdə olub

Meksika səfiri Naftalan şəhərində səfərdə olub Qeyd olunub ki, şəhərin sanatoriyaları çoxsaylı xarici turistləri cəlb edir
Xarici siyasət
12 İyun , 2017 19:04
Meksika səfiri Naftalan şəhərində səfərdə olub

Bakı. 12 iyun. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini iyunun 12-də əməkdaşlıq imkanlarını tanımaq və ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədi ilə Naftalan şəhərinə səfər edib. 

Səfirlikdən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovla görüş olub. N.Aslanov Naftalan barədə məlumat verərək, onun tibbi turizm sahəsindəki böyük potensialına toxunub. Qeyd olunub ki, şəhərin sanatoriyaları çoxsaylı xarici turistləri cəlb edir.

Səfir R.Labardini ikitərəfli münasibətlərin inkişafı və müxtəlif sahələr üzrə geniş əməkdaşlıq imkanlarından danışıb. O, dünyanın ən çox ziyarət olunan 9 ölkədən biri olan Meksikadakı turizmin daimi artımından söz açaraq, romantik turizm, ekoloji turizm, lüks-turizm, tibbi turizm və s. imkanlarına görə dünyada məşhur olan Meksikanın şəhər və regionaların adını vurğulayıb. 

Tərəflər bu baxımdan adıçəkilən sektorun inkişafına töhfə verəcək təcrübə mübadiləsinin reallaşmasını məqsədyönlü sayıb, əməkdaşlıq əlaqələrinin güclənməsinə və inkişafına dair istəklərini ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi