Meksika səfiri Azərbaycan Ticarət və Sənaye Palatasının sədri ilə görüşüb

Meksika səfiri Azərbaycan Ticarət və Sənaye Palatasının sədri ilə görüşüb Bakı. 3 iyul. REPORT.AZ/ Meksika səfiri Rodrigo Labardini Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə ilə görüşüb.
Xarici siyasət
3 İyul , 2018 17:55
Meksika səfiri Azərbaycan Ticarət və Sənaye Palatasının sədri ilə görüşüb

Bakı. 3 iyul. REPORT.AZ/ Meksika səfiri Rodrigo Labardini Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, diplomat Azərbaycan və Meksika arasında ticarət mübadiləsinin əhəmiyyətli dərəcədə artdığını bildirib. 

"Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, iki ölkə arasında ticarət mübadiləsi 2014-cü ildə 7,208 dollardan 2016-cı ildə 21,119,86 dollara qədər artıb. 2017-ci ildə də göstərici eyni olub. Ümumilikdə, 2014-2017-ci illər ərzində orta hesabla 9,6% artım müşahidə olunub. Bu da Meksika və Azərbaycan sahibkarları arasında münasibətlərin yaxınlaşması və dərinləşməsinin zəruriliyini göstərir. Ona görə də əməkdaşlığın daha geniş yollarını öyrənmək çox vacibdir", - səfir qeyd edib.

R.Labardini iki ölkə arasındakı qarşılıqlı anlaşmaya yardım edən körpülər yaratmaq məqsədilə Azərbaycan və Meksikanın Ticarət və Sənaye palataları və assosiasiyaları arasında görüş keçirilməsini təklif edib. 

Öz növbəsində, Niyaz Əli-zadə Meksika ilə ticarət sahəsində əməkdaşlığın hər iki ölkənin qapılarını bir çox digər sahələrə də açması üçün gözəl bir imkan olacağını vurğulayıb. 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi